Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsindəki akvaparkda elektrik sızıntısı nəticəsində 5 nəfəri cərəyan vurub. Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsindəki akvaparkda elektrik sızıntısı nəticəsində 5 nəfəri cərəyan vurub.

Akvaparkda faciə - 5 nəfər öldü

Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsindəki akvaparkda elektrik sızıntısı nəticəsində 5 nəfəri cərəyan vurub.

AzNews.az xəbər verir ki, Türkiyənin şimal-qərbindəki Sakarya şəhərində yerləşən akvaparkın hovuzunda baş verən faciə nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həyatını itirib. Parkın meneceri və onun oğlu uşaqları xilas etmək istəyəndə onlar da həlak olub. Onları xəstəxanaya çatdırmaq mümükün olsa da həyatlarını xilas etmək olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.