Qatar Hava yolları tərəfindən yayılan məlumatda Daxili İşlər Nazirliyinin təsdiqi ilə, dərhal etibarlı olmaq üzrə aşağıda adı keçən ölkələrin vətəndaşlarına bir ay etibarlı olacaq turist vizası veriləcək. Qatar Hava yolları tərəfindən yayılan məlumatda Daxili İşlər Nazirliyinin təsdiqi ilə, dərhal etibarlı olmaq üzrə aşağıda adı keçən ölkələrin vətəndaşlarına bir ay etibarlı olacaq turist vizası veriləcək.

Qatar 37 ölkəyə viza tətbiq edəcək

Qatar Hava yolları tərəfindən yayılan məlumatda Daxili İşlər Nazirliyinin təsdiqi ilə, dərhal etibarlı olmaq üzrə aşağıda adı keçən ölkələrin vətəndaşlarına bir ay etibarlı olacaq turist vizası veriləcək.

AzNews.az xəbər verir ki, həmin siyahıya Argentina, Çili, Qvineya, Latviya, Makedoniya, Paraqvay, Slovakiya, Livan, Boliviya, Çin, Ekvador, Qayana, Malta, Peru, Sloveniya, Tailand, Braziliya, Kolumbiya, Estoniya, İndoneziya, Litva, Meksika, Rumıniya, Cənubi Afrika, Uruqvay, Bolqarıstan, Xorvatiya Falk adaları, Qazaxıstan, Makao, Moldova, Rusiya, Surinam, Venesuela daxildir.

Qarşılığında 100 Qatar rialı (27 dollar) ödənməsi lazım olan vizaların verilməsi üçün müraciət sahiblərinin ən azı 6 ay müddətli etibarlı pasportu, dönüş bileti, 1500 dollar pulu və ya bu miqdarda limiti olan kredit kartı olması lazımdır.

Qatar ilə Türkiyə arasında isə viza sərbəstliyi var.