Dünyada bədən kütləsinin indeksi yüksək olanların sayı 2 milyardı ötüb. Alimlərin apardığı yeni araşdırmalar da bunu təsdiq edir. Dünyada bədən kütləsinin indeksi yüksək olanların sayı 2 milyardı ötüb. Alimlərin apardığı yeni araşdırmalar da bunu təsdiq edir.

Dünyada 2 milyard nəfərdən çox insan artıq çəkidən əziyyət çəkir

Dünyada bədən kütləsinin indeksi yüksək olanların sayı 2 milyardı ötüb. Alimlərin apardığı yeni araşdırmalar da bunu təsdiq edir.

İngiltərənin “The New England Journal of Medicine” dərgisində yayımlanan xəbərdə göstərilir ki, piylənmə səviyyəsi bir çox ölkələrdə, hətta vaxtilə ərzaq qıtlığı ilə üzləşmiş bölgələrdə də artmaqda davam edir. Buna səbəb zəif pəhrizlər və fiziki fəallıq səviyyəsinin aşağı olmasıdır.

Tədqiqat üçün alimlər 68.5 milyon nəfərin məlumatlarını təhlil ediblər. Bununla da elm adamları 1980-ci ildən 2015-ci ilə qədər böyüklər və uşaqlar arasında artıq çəki və piylənmənin yayılma səviyyəsini müəyyən edə biliblər. Tədqiqatçıların araşdırmasına görə, dünyada 2.2 milyard nəfər artıq çəki və ya piylənmədən əziyyət çəkir və bu, dünya əhalisinin 10 faizinin bədən çəkisinin normadan yüksək olması deməkdir. Araşdırma müəllifləri artıq çəkiyə malik olanların bədən indeksini 25-29 arasında, piylənmədən əziyyət çəkənlərdə isə 30-dan çox kimi sinifləndiriblər. Artıq çəkisi olanları çıxmaq şərtilə dünyada 710 milyon nəfər piylənmədən əziyyət çəkir. Onlardan 107.7 milyonu uşaqlar, 603.7 milyonu isə böyüklərdir. Piylənmə səviyyəsinin aşağı olmasına rəğmən, uşaqlar arasında artım müşahidə olunur.

Bədən kütləsi indeksi yüksək olanların sağlamlığı risk altındadır. Alimlərin araşdırmaları nəticəsində aşkar edilib ki, bədənin kütlə indeksinin yüksək olması səbəbindən dünyada 4 milyon nəfər həyatını itirib və onların 40 faizi çəkisi aşırı dərəcədə çox olanların payına düşür. Bədənin kütlə indeksi yüksək olanların ölüm səbəbi kimi ürək-damar xəstəlikləri göstərilir.

AZƏRTAC