14:36
(077) 610-22-33

BBC-yə etiraz edəcəklər

  • >
221 12 Fevral 2013 13:23 | Dünya

BBC jurnalistləri yaxın günlərdə etiraz aksiyası keçirməyi planlaşdırır.



AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, jurnalistlər televiziya daxilində edilən ixtisarlara etirazlarını bu üsulla bildirəcəklər.

Onların sözlərinə görə, son aylar ərzində onlarla jurnalist iş yerindən azad edilib.

Telekanaladan verilən məlumata görə, onlar 2000-ə yaxın işçini ixtisar etməyi planlaşdırır. Səbəb isə maliyyənin azlığı və bu qədər işçiyə ehtiyacın olmamasıdır.

Jurnalistlər hamılıqla 15 fevraldan etibarən etirazlara start verəcəklərini, 18 fevralda, yəni həftənin ilk iş günü isə ümumiyyətlə işə gəlməyəcəklərini və bu üsulla etiraz edəcəklərini elan ediblər. Onların sözlərinə görə, etiraz yalnız ixtisarların dayandırılması hald dayana bilər.

BBC isə öz fikrindən daşınan deyil. Telekenal rəhbərliyi bildirib ki, onlar aksiyaların qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən bir neçə təşkilata müraciət ediblər.

AzNews.az

Bağla X