Kolumbiyanın Cundinamarca şəhərindəki Cucunuba bölgəsində, qeyri-qanuni işlədilən kömür mədəni çöküb. Kolumbiyanın Cundinamarca şəhərindəki Cucunuba bölgəsində, qeyri-qanuni işlədilən kömür mədəni çöküb.

Kolumbiyada faciə - 8 nəfər öldü, 5-i itkin düşdü

Kolumbiyanın Cundinamarca şəhərindəki Cucunuba bölgəsində, qeyri-qanuni işlədilən kömür mədəni çöküb.

AzNews.az xarici KIV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 5 nəfər isə itkin düşüb. Fransada rəsmi səfərdə olan Kolumbiyanın prezidenti Xuan Manuel Santos Twitter hesabından hadisə qurbanlarının ailələrinə başsağlığı verib. Kolumbiya Milli Mədənçilik Agentliyi, həyata keçirilən axtarış xilasetmə işlərində, 35 mədənçinin və 7 mühəndisin iştirak etdiyini bildirib.

Milli Mədən Agentliyinin hesabatlarına görə, dağ-mədən sektorunda bu ilin ilk beş ayında ümumilikdə 28 dəfə qəza meydana gəlib və onun yüzdə 60-ı kömür mədənlərinin hesabına düşür. Hesabatda ayrıca, ötən il 124 mədənçinin həyatını itirdiyi ifadə edilib. Digər tərəfdən Mədən və Enerji Nazirliyinə görə, kömür istehsalının keçən il 90 milyon tona çatdığı bildirilir.