Almaniya hökuməti 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək “G20” sammitində iştirak edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə bağlı xəbərdarlıq edib. Almaniya hökuməti 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək “G20” sammitində iştirak edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə bağlı xəbərdarlıq edib.

Almaniya Ərdoğanın mühafizəçilərinin Hamburqa gəlməsini istəmir

Almaniya hökuməti 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək “G20” sammitində iştirak edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə bağlı xəbərdarlıq edib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, rəsmi Berlin ABŞ səfərində Ərdoğanı müşayiət etmiş mühafizəçilərin Hamburqa gəlişinin əleyhinə çıxıb.

Sözügedən mühafizəçilər ABŞ-da Ərdoğana qarşı etiraz aksiyası keçirənlərlə dalaşıb. Almaniya hökuməti bu barədə parlament üzvlərini qapalı toplantıda məlumatlandırıb. Xüsusi xidmət orqanlarından verilən məlumata görə, Ərdoğanın Hamburqa gəlişi onun tərəfdarları və əleyhdarları arasında toqquşmalara səbəb ola bilər.

Almaniyada PKK terror təşkilatının 14 min tərəfdarı var və onların 600-ü Hamburqda yaşayır.

Türkiyə prezidentinin may ayında ABŞ-a səfəri zamanı Vaşinqtonda Türkiyə səfiri yaxınlığında etiraz akasiyası keçirilib. Ərdoğanın mühafizəçiləri ilə aksiya iştirakçılara arasında toqquşma olub. Dövlət Departamenti bununla əlaqədar Türkiyəyə etirazını bildirib. Ankara isə məhz ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görməməsi səbəbindən belə bir olayın baş verdiyini bəyan edib.

AzNews.az