Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 1 əsgər həlak olub. Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 1 əsgər həlak olub.

Terrorçular təhlükəsizlik qüvvələrinə hücum etdi - Ölən var

Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 1 əsgər həlak olub.

AzNews.az “Report” istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az