Rusiyanın Kamçatka yarımadasında 7.8 bal gücündə zəlzələ baş verib. Rusiyanın Kamçatka yarımadasında 7.8 bal gücündə zəlzələ baş verib.

Rusiyada güclü zəlzələ - 7.8 bal

Rusiyanın Kamçatka yarımadasında 7.8 bal gücündə zəlzələ baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Berinq dənizində, Alyaskanın cənubunda qeydə alınıb.

Yeraltı təkanlar 200 kilometrlik məsafəni əhatə edib. Daha sonra 5.2 bal gücündə əlavə təkanlar olub.

Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmalar Mərkəzi Sakit Okean sahillərində sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib.

Bəxtiyar Abbasov

AzNews.az