Amerikalı bank mütəxəssisi Nik Uest ömrünün 40 ilini pivə çəni yığmağa sərf edib. Amerikalı bank mütəxəssisi Nik Uest ömrünün 40 ilini pivə çəni yığmağa sərf edib.

40 ildir ki, pivə çəni yığır – Bu marağı onda həyat yoldaşı yaradıb (Foto)

Amerikalı bank mütəxəssisi Nik Uest ömrünün 40 ilini pivə çəni yığmağa sərf edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 40 il ərzində evdə o qədər pivə çəni yığılıb ki, artıq evdə gəzmək, demək olar ki, mümkün deyil.

Nik Uest bildirib ki, məhz buna görə o, çənləri satmaq qərarına gəlib. Uestin sözlərinə görə, evdə, təxminən, 9 min ədəd müxtəlif ölçüdə çən var. Uestin pivə çənlərinə qarşı marağı 1975-ci ildə, həyat yoldaşı ona pivə ilə bağlı kitab hədiyyə etdikdən sonra başlayıb. Uest bildirir ki, pivə çəni əldə etmək üçün o, bəzən iyrənc pivələri də içmək məcburiyyətində qalıb. O, hətta, saatlarca internetdə yeni pivə çənləri də axtarıb.

Bəxtiyar Abbasov

AzNews.az