Avstraliya parlamentində bir müddət əvvəl körpəsini əmizdirən senator vəzifəsindən istefa verib. Avstraliya parlamentində bir müddət əvvəl körpəsini əmizdirən senator vəzifəsindən istefa verib.

Parlamentdə körpəsini əmizdirən senator istefa verdi

Avstraliya parlamentində bir müddət əvvəl körpəsini əmizdirən senator vəzifəsindən istefa verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi senatorun ikili vətəndaşlığa sahib olması göstərilir.

Senator Larissa Uoters Kanadada anadan olub. O, Yaşıllar Partiyasının üzvüdür. Avstraliya konstitusiyasına əsasən, ikili vətəndaşlığa sahib olan şəxslərin federal qurumlarda vəzifə tutması qəbuledilməzdir.

Larissa Uoters may ayında Avstraliya parlamentində körpəsini əmizdirməklə dünya mediyasının diqqətini özünə cəlb etmişdi. O, Avstraliya parlamentində uşaq əmizdirən ilk senator kimi tarixə düşüb.

Bəxtiyar Abbasov

AzNews.az