02:00
(077) 610-22-33

Həsən Ruhaninin qardaşı azadlığa buraxıldı - Girov müqabilində

  • >
2 223 18 İyul 15:44 | Dünya

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun girov müqabilində azadlığa buraxılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Hüseyn Firidun iki gün əvvəl həbs olunmuşdu. İran prokurorluğu onu rüşvətxorluqda ittiham edir. Ötən gün keçirilən məhkəmədə Firidunun vəziyyəti pisləşdiyi üçün onu xəstəxanaya yerləşdiriblər.

Onun həbsi, bəzi şərhçilərin fikrinə görə, Ruhani ilə məhkəmə arasında ədavətin olduğunu göstərir. Lakin, Ruhani hələ bu barədə heç bir açıqlama verməyib.

Hüseyn Firidun nüvə proqramına dair danışıqlar zamanı İranın nümayəndə heyətinin üzvü olub.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X