Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” qruplaşması hərbçilərə hücum edib. Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” qruplaşması hərbçilərə hücum edib.

Hərbçilərə hücum edildi – 16 nəfər öldürüldü

Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” qruplaşması hərbçilərə hücum edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nəzarət-buraxılış məntəqəsinə edilən hücum zamanı yaranan qarşıdurmada 16 nəfər həlak olub. Onlardan 10 nəfər hərbçi, 6 nəfər isə polis əməkdaşıdır. Qarşıdurma zamanı daha 7 polis isə yaralanıb.

Faktla bağlı araşdırma başlayıb.

“Taliban” silahlıları son günlərdə, əsasən, hərbçiləri və polisləri hədəfə almağa başlayıblar.

Bəxtiyar Abbasov

AzNews.az