Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında qadın odlu silahdan açdığı atəş nəticəsində öz həyat yoldaşını öldürüb. Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında qadın odlu silahdan açdığı atəş nəticəsində öz həyat yoldaşını öldürüb.

Qadın həyat yoldaşını güllələdi - Tutuquşu cinayətin üstünü açdı + Foto

Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında qadın odlu silahdan açdığı atəş nəticəsində öz həyat yoldaşını öldürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ildə baş verən hadisədən sonra qadın cinayəti ört-basdır etmək üçün qətlin intihar olduğunu bildirib və cinayət yerində də intihar səhnəsi formalaşdırıb.

Lakin, bir müddət sonra hadisəyə şahid olan tutuquşu qadının törətdiyi cinayəti ifşa edib.

Məlumata görə, tutuquşu qurbanın səsi ilə dəfələrlə “atəş açma” sözünü təkrarlayıb. Faktı cinayət qurbanı olan Martin Durhamın sabiq həyat yoldaşı aşkarlayıb. Cinayətkara gələn ay hökm oxunacaq.

Bəxtiyar Abbasov

AzNews.az