Küveyt 15 iranlı diplomatın ölkəni tərk etməsi üçün onlara 45 gün vaxt verib. Küveyt 15 iranlı diplomatın ölkəni tərk etməsi üçün onlara 45 gün vaxt verib.

İranlı diplomatlar ölkədən qovuldu - 45 gün vaxt verilib

Küveyt 15 iranlı diplomatın ölkəni tərk etməsi üçün onlara 45 gün vaxt verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Küveyt İranın ölkədəki hərbi attaşesinin fəaliyyətini dayandırıb. Eyni zamanda, İranın mədəniyyət attaşesi də bağlanılıb.

Bundan başqa, Küveyt İranla aralarında olan bütün hökumətlərarası komitələrin fəaliyyətini də dayandırmaq qərarına gəlib.

Hökumət məhkəmənin “əb-Əbdəli” qruplaşmasının üzvləri barədə hökm çıxarmasından sonra bu barədə qərar qəbul edib. Məhkəmədə sözügedən qruplaşmanın İranda “Hizbullah” qruplaşmasının dəstəyi ilə hərbi təlimlər keçdiyi bildirilib.

Küveytin informasiya naziri bildirib ki, hökumət Küveytin hüquqlarını müdafiə etmək məqsədilə iranlı diplomatları ölkəni tərk etməyə çağırıb.

Bəxtiyar Abbasov

AzNews.az