Venesuelada hökumətə qarşı keçirilən etiraz aksiyaları daha da şiddətlənib. Venesuelada hökumətə qarşı keçirilən etiraz aksiyaları daha da şiddətlənib.

Venesuelada şiddətli qarşıdurmalar – Daha 3 nəfər öldü

Venesuelada hökumətə qarşı keçirilən etiraz aksiyaları daha da şiddətlənib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, milyonlarla insan hazırkı rejimə etiraz olaraq ümumi tətillərə qoşulub. Məlumata görə, işçi qüvvəsinin 85 faizi tətillərə başlayıb. Polislə fəallar arasında baş verən sonuncu qarşıdurmalar nəticəsində 3 nəfər ölüb, azı 360 nəfər həbs edilib.

Hökumətin konstitusiyaya dəyişiklik etmək məqsədi ilə yeni komissiya təşkil etməsi müxalifətin etirazlarına səbəb olub. Etirazlar artıq bir neçə aydır ki, davam edir. Qarşıdurmalar nəticəsində 100-ə yaxın fəal ölüb.

Bəxtiyar Abbasov

AzNews.az