- Köhnə - Dünya
- 22 İyul 2017 18:42
- 2 255
Təyyarə məcburi eniş etdi
Penza-Soçi aviareysi ilə uçmalı olan sərnişin təyyarəsi Saratovda təcili eniş edib.
AzNews.az xəbər verir ki, 82 sərnişinin olduğu təyyarənin enişinə səbəb quş olub.
Əlavə səs və mühərrikdə titrəmə müşahidə edən təyyarə ekipajı Saratov aeroportuna eniş etmək qərarını veriblər. Eniş edəndən sonra məlum olub ki, sol mühərrikə quş çırpılıb.
AzNews.az