“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar. “Taliban” hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar.

70 kənd sakinini oğurladılar - 7-si öldürüldü

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar.

AzNews.az France Press agentliyinə istinadən xəbər verir ki, kəndlilərdən 7-si öldürülüb, 30 nəfəri isə azad olunub. Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.