Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson vəzifəsindən istefa verə bilər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson vəzifəsindən istefa verə bilər.

Tillerson istefa verə bilər - Trampla həmfikir deyil

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson vəzifəsindən istefa verə bilər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi Reks Tillerson ilə prezident Donald Tramp arasında olan fikir ziddiyyəti göstərilir.

Məlumata görə, Tillerson İranla münasibətlərin təşkili və kadr siyasətində Trampla həmfikir deyil. Bundan başqa, qeyd olunur ki, Tillerson Trampın baş prokuror Cef Seşna qarşı səsləndirdiyi bəyanatını qeyri-peşəkar adlandırıb. Tillerson bildirib ki, ilin sonuna qədər o vəzifəsini tərk edə bilər.

Tillerson fevral ayında dövlət katibi vəzifəsinə təyin olunub. O, sabiq dövlət katibi Con Kerrinin sələfidir.

Bəxtiyar Abbasov

AzNews.az