Kanadanın sabiq baş keşişi Uinston Blekmor və onun sabiq qaynı Ceyms Oler çoxarvadlılıqda ittiham olunurlar. Kanadanın sabiq baş keşişi Uinston Blekmor və onun sabiq qaynı Ceyms Oler çoxarvadlılıqda ittiham olunurlar.

Çoxarvadlılıqda ittiham olunur - 24 arvadı, 146 uşağı var

Kanadanın sabiq baş keşişi Uinston Blekmor və onun sabiq qaynı Ceyms Oler çoxarvadlılıqda ittiham olunurlar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Blekmorun 24, Olerin isə 5 arvadı var. Oler özü də sabiq baş keşiş vəzifəsində çalışıb.

Blekmorun 61 yaşı və 146 uşağı var. Oler isə 53 yaşındadır. Kanada qanunlarına görə, hər ikisini 5 il həbs cəzası gözləyir.

Məlumata görə, onlar xristian dinini tərk edərək mormon məzhəbinə qoşulublar. Blekmor mediaya açıqlamasında “öz dininə uyğun yaşadığını və bunun ailəsi üçün vacib olduğunu” bildirib.

Hadisə ilə əlaqədar qaldırılmış məhkəmə Kanadada dini tolerantlığın sınağı kimi qiymətləndirilir.

Bəxtiyar Abbasov

AzNews.az