Ermənistan silahlı qüvvələrinin avtomobil texnikasının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar. Ermənistan silahlı qüvvələrinin avtomobil texnikasının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.

Erməni hərbçiləri daşıyan yük avtomobili dağ yolunda aşdı

Ermənistan silahlı qüvvələrinin avtomobil texnikasının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.

AzNews.az xəbər verir ki, bir neçə gün əvvəl, axşam saatlarında Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində üç əsgər müxtəlif dərəcəli bədəb xəsarəti alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.