Məşhur italiyalı model Byanka Balti sevgilisi Mett Makroyla evlənib. Məşhur italiyalı model Byanka Balti sevgilisi Mett Makroyla evlənib.

Azərbaycan əsilli italyan modelin nağıl kimi toyundan fotolar

Məşhur italiyalı model Byanka Balti sevgilisi Mett Makroyla evlənib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, toy Kaliforniyada baş tutub. Nigah mərasimində cütlüyün ən yaxın dostları, qohumları iştirak edib.

Mərasim ABŞ-da baş tutsa da, toy italyan üslubunda və adət-ənənələrinə uyğun keçirilib.

Byanka gəlinliyini siması olduğu brend Dolce&Gabbana-dan seçib. Byanka təkcə bu brendlə çalışmır, həm də Domeniko Dolçe və Stefano Qabbano ilə yaxın dostdur.

2014-cü ildə tanış olan cütlüyün Miyu adlı qız övladı da var.

1984-cü ilin martın 19-da İtaliyanın Lombardiya volayətinin Lodi şəhərində dünyaya gələn Byankanın atası italiyan, anası isə Azərbaycan türküdür və İran əsillidir.

Byanka Balti son illərdə bir neçə dəfə Azərbaycanda da səfərdə olub.

image description image description image description image description image description image description image description image description