Almaniyanın bir çox market şəbəkələri tərkibində zəhərli fipronil maddəsi olan yumurtaların satışını dayandırıb. Almaniyanın bir çox market şəbəkələri tərkibində zəhərli fipronil maddəsi olan yumurtaların satışını dayandırıb.

Satışda zəhərli yumurtalar var

Almaniyanın bir çox market şəbəkələri tərkibində zəhərli fipronil maddəsi olan yumurtaların satışını dayandırıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, zəhərli yumurtalar milyonlarla insana satılıb. Bundan sonra marketlər tərkibində toyuqlarda olan bitlərə qarşı mübarizədə istifadə edilən fipronil maddəsi olan yumurtaları satmayacaq. Rəsmi şəxslər alınan tədbirlərin ölkədə olan yumurta təchizatının azalmasına yol aça biləcəyini ifadə edib.

Aldi Süd və Aldi Nord adlı şirkətlər, yumurta satışının dayandırılmasının müştəriyə açıqlıq və şəffaflıq qazandırmaq məqsədiylə etdiklərini və bundan sonra Hollandiyada möhürlənən yumurtaları almayacaqlarını bildirib. Tədbir olaraq satışdan çıxarılan yumurtalar arasında orqanik yumurtalar da var.

Almaniyadakı toyuq fermalarında də zəhərli yumurtalara rast gəlinib. Zəhərli yumurtaların makaron və keks zavodlarında da istifadə edildiyi ehtimal olunur.

Almaniyanın səlahiyyətli şəxsi, zəhərli yumurtaların 12 federal əyalətdə yayıldığını bildirib. Zəhərli yumurtaların ən çox satıldığı əyalətlərin başında Aşağı Saksoniya və Şimali Ren-Vestfalyanın olduğunu ifadə edən rəsmi şəxs vəziyyətin nəzarət altına alınmasına baxmayaraq, təhlükənin hələ keçmədiyini söyləyib.

Müxalifət partiyaları toyuq biti ilə mübarizədə fipronil ehtiva edən maddələrin istifadə edilməsinin qadağan edilməsini tələb edib.