Son iki il ərzində Amerika Birləşmiş Ştatlarından gedən əhalinin sayı durmadan artır Son iki il ərzində Amerika Birləşmiş Ştatlarından gedən əhalinin sayı durmadan artır

Amerikalılar ölkədən qaçır

Son iki il ərzində Amerika Birləşmiş Ştatlarından gedən əhalinin sayı durmadan artır



Xarici mətbuatın yazdığına görə, vətəndaşların ölkədən qaçmasına səbəb həddindən artıq yüksək vergi sistemi və ərzaqların bahalaşmasıdır.

Təkcə 2012-ci ilin payızında 1100 amerikalı ölkəni tərk edərək vətəndaşlıqdan imtina edib.
Hazırdan dünyada milyonlarla amerikalı yaşayır. Başqa ölkələrdə yaşamaqlarına baxmayaraq, Amerika vətəndaşlığı daşıdıqları üçün onlar hər il minlərlə dollar vergi ödəməli olur.

Sosioloqların fikrincə, vergilərin durmadan artımı Birləşmiş Ştatlar vətəndaşlarının azalması ilə nəticələnir.

Amerika hökuməti bunun qarşısını almaq üçün, vətəndaşlıqdan imtina edən əhaliyə müəyyən cəza planı tətbiq etməyi planlaşdırır.

AzNews.az