- Köhnə - Dünya
- 10 Avqust 2017 00:00
- 4 081
Qaçaqmalçılar çoxlu sayda yeniyetməni suda batırıb
Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb, 22-si itkin düşüb. Ölən miqrantların orta yaşının 16 olduğu bildirilir.
AzNews.az