İşğalçılıq siyasəti ilə regionda özünü təcrid vəziyyətinə salan Ermənistanda miqrasiya problemi pik həddədir. İşğalçılıq siyasəti ilə regionda özünü təcrid vəziyyətinə salan Ermənistanda miqrasiya problemi pik həddədir.

BMT Ermənistan əhalisinin 9,6 faiz azalacağını proqnozlaşdırır

İşğalçılıq siyasəti ilə regionda özünü təcrid vəziyyətinə salan Ermənistanda miqrasiya problemi pik həddədir.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, BMT-nin hesabatında belə davam edəcəyi təqdirdə ölkə əhalisinin 9,6 faiz azalacağı proqnozlaşdırılır.

Əhali ölkədən qaçır, kəndlər, şəhərlər boşalır. Bu barədə məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin Ermənistanda miqrasiya problemləri ilə bağlı hesabatında yer alıb. Mərkəzin sədri Artur Sakunts bildirir ki, vəziyyət kritikdir. Ölkə əhalisinin sayında azalma mənfi miqrasiya sadosuna gətirib çıxarır. Bu isə o deməkdir ki, Ermənistanı tərk edənlərin sayı ölkədə doğulanların sayından çoxdur. Hüquq müdafiəçisi bütün bunlarda hazırkı Ermənistan rəhbərliyini günahlandırır. Bildirir ki, məhz Serj Sarkisyanın səriştəsiz idarəçiliyi nəticəsində ölkə saysız problemlər içində boğulur. Bu da miqrasiya tempinin sürətlənməsi ilə nəticələnib. Son 10 ildə Ermənistanı 320 min insan birdəfəlik tərk edib. Onların 160 min nəfərini gənclər təşkil edir. Ölkədən gedənlər əsasən kişilərdir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistanda hərbi xidmətə getməyə adam tapılmayacaq. Çünki azalan doğum sayının fonunda miqrasiya tempi artıb. Ermənistandakı köç BMT-nin dünya ölkələrində demoqrafik vəziyyətlə bağlı hesabatında da əksini tapıb.

Ölkədə demoqrafik azalma artıq 5 ildir ki, müşahidə olunur. Belə davam edəcəyi təqdirdə isə yaxın illərdə Ermənistan əhalisi 9,6 faiz azalacaq.

AzNews.az