Türkiyədə qadın 37 yaşlı həyat yoldaşını və ailəsini ataraq başqa kişiyə qoşulub qaçıb. Türkiyədə qadın 37 yaşlı həyat yoldaşını və ailəsini ataraq başqa kişiyə qoşulub qaçıb.

Arvadının başqa kişi ilə qaçdığını sosial şəbəkədən öyrəndi

Türkiyədə qadın 37 yaşlı həyat yoldaşını və ailəsini ataraq başqa kişiyə qoşulub qaçıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 22 ildir ki, Muratpaşa qəsəbəsində yaşayan Mustafa Turşah 3 gün əvvəl axşam saatlarında bir şirkətə işə düzəlmək üçün evdən çıxıb. Bir neçə saat sonra Turşaha evində yanğın çıxdığı və uşağının çətinliklə qurtarılaraq xəstəxanaya çatdırıldığı barədə məlumat verilib. Xəstəxanaya gedən Mustafa Turşaha 7 yaşlı oğlu "Ana məni buraxıb getdi"deyincə o, dini nikahlı həyat yoldaşına telefonla zəng edib, lakin onunla əlaqə saxlaya bilməyib. Xəstəxanadan evə gələn ata-oğul həyat yoldaşının hələ də evdə olmadığını və 18 min manat dəyərindəki zinət əşyalarının yerində olmadığını görüb. Həyat yoldaşına aldığı avtomobilin də yerində olmadığını görən Mustafa Turşahın ən böyük sarsıntısı isə dini nikahlı həyat yoldaşının başqa biriylə qaçdığını onun sosial şəbəkədəki hesabından öyrənməsi olub.

Turşah "İndi heç nəyim qalmayıb. Maşınımı da həyat yoldaşımın adına almışdım, onu da aparıb. Amma, artıq gedən gedib. Polisə şikayət etdim, amma bütün mal-dövlətim onun adına olduğu üçün haqqımı iddia edə bilmirəm. Atasının təqaüdünü ala bilmək üçün mənimlə rəsmi nikaha girmədi. Ona da hörmətlə yanaşdım. "Gözəl" bir plandan sonra bunları reallaşdırıb. Qapını uşağımın üstünə bağlayaraq evi tərk edib. Çalışqan bir insanam, həyatımı yenidən quracağam. Onu da Allaha həvalə edirəm. Tək təsəllim oğluma bir şey olmamasıdır"-deyə bildirib.