Avropadakı zəhərli yumurta böhranı Almaniyadan sonra İspaniyaya da yayılıb. Avropadakı zəhərli yumurta böhranı Almaniyadan sonra İspaniyaya da yayılıb.

Zəhərli yumurta həyəcanı ölkələrə yayılır - Xəbərdarlıq edildi

Avropadakı zəhərli yumurta böhranı Almaniyadan sonra İspaniyaya da yayılıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, burada 20 min zəhərli yumurta təsbit edildiyi açıqlanıb. Səhiyyə Nazirliyi təcili yoxlamalara başlayıb və əhaliyə xəbərdarlıq edilib. İspaniyanın muxtar ərazisi olan Bask bölgəsindəki bir şirkətdə böcək dərmanı "Fipronil" ilə zəhərlənmiş 20 min yumurta təsbit edilib. İspan Qida Sağlamlığı, Qida və İstehlakçı agentliyindən verilən məlumatda zəhərli yumurtaların paylama zəncirinə girmədən təsbit edildiyi, bu səbəbdən də insanların sağlamlığı üçün hər hansı bir riskin olmadığı ifadə edilib.

Səhiyyə Nazirliyi isə təcili yoxlama çağırışı edərkən zəhərli yumurtaların önümüzdəki günlərdə məhv ediləcəyini açıqlayıb.

Avqustun əvvəlində Hollandiyada fermalarda heyvanlara istifadəsi qadağan olunan Fipronil adlı böcək dərmanının yumurtalarda olduğu təsbit edilmişdi. Fransa Kənd Təsərrüfatı Nazirliyi zəhərli yumurtaların Fransaya satılmış olma ehtimalı olduğu üçün istintaq tədbirləri görmüşdü. Fipronil qalıqlarının sənaye üsulları ilə hazırlanan sendviç, salat və müxtəlif qida məhsullarında də aşkarlandığı üçün Almaniya yumurta və mayonez tərkibli 6 sənaye istehsalı olan salatın satışdan yığışdırıldığını açıqlamışdı.

Avropa Birliyi Komissiyasına görə zəhərli yumurtalara İspaniya, Fransa, Almaniya, Slovakiya, Danimarka da daxil olmaqla 18 ölkədə rast gəlinib.