Serbiya NATO-ya üzv olmaq niyyətində olmadığını və Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməsini xahiş edib. Serbiya NATO-ya üzv olmaq niyyətində olmadığını və Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməsini xahiş edib.

“NATO-ya üzv olmaq niyyətində deyilik” - Müdafiə naziri

Serbiya NATO-ya üzv olmaq niyyətində olmadığını və Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməsini xahiş edib.

AzNews.az xəbər verir ki, bu fikri Ria Novosti agentliyinə müsahibəsində Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.

“Biz təbii ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirik və bundan razıyıq. Biz həmişə hərbi neytrallığımızı saxladığımızı və NATO-ya üzv olmaq istəyimiz olmadığını NATO-dakı tərəfdaşlarımıza bəyan edirik. Bu, bizim qəti mövqeyimizdir”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Serbiya tərəfdaşlarından - Rusiyadan, ABŞ-dan, NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onun bu qərarına hörmət etməsini gözləyir.