Türkiyəli 3 alim Günəş sistemindən 212 işıq ili uzaqlığında Yupiterə bənzəyən planet kəşf etdiklərini açıqlayıblar. Türkiyəli 3 alim Günəş sistemindən 212 işıq ili uzaqlığında Yupiterə bənzəyən planet kəşf etdiklərini açıqlayıblar.

Yeni planet kəşf edildi - “Atatürk” adı verilə bilər (Foto)

Türkiyəli 3 alim Günəş sistemindən 212 işıq ili uzaqlığında Yupiterə bənzəyən planet kəşf etdiklərini açıqlayıblar.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ege və Ankara Universitetlərinin mütəxəssislərinin 2007-ci ildən üzərində çalışdığı elmi proqram öz nəticəsini verib.

Tarixi kəşfə imza atan üç alimdən biri - professor Məsud Yılmaz yeni kəşfləri barədə bunları deyib:

“Biz - türk alimləri ilk dəfə bir planet kəşf etdik. Bunun qürur və xoşbəxtliyini yaşayırıq. Yeni planet Yupiterdən 1,5 dəfə böyükdür. 10 illik zəhmətimizin qarşılığını da bu cür almış olduq. Yeni kəşf olunan planet haqqında dünyanın ən nüfuzlu elmi astronomiya jurnalı olan “Astronomy&Astrophysics”də bu barədə məqalə dərc etdirdik”, - deyə alim bildirib.

Məlumata görə, planetdə yaşayış mümkün deyil.

Planetə “Türk”, “Türk 1” və ya “Atatürk” adlarının veriləcəyi açıqlanıb.

image description image description