12:57
(077) 610-22-33

Ərəb şahzadəsinin Bodruma gətirdiyi yük təəccübləndirdi - 150 nəfər, 300 çamadan...

  • >
4 610 14 Avqust 2017 21:36 | Dünya

32 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısında yer tutan Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Telal bin Əbdüləziz əl Səud Türkiyənin ən məşhur istirahət zonası olan Bodruma gəlib.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, 62 yaşlı şahzadə istirahətə 150 nəfərlik ailəsi ilə gəlib.

Şahzadəni Bodrum hava limanında Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluq işçiləri qarşılayıb. Daha sonra VİP avtomobillərlə otelə yola düşən şahzadə və ailəsini polis müşaiyət edib.

Qeyd edək ki, şahzadə ailəsinin özləri ilə gətirdikləri 300 çamadan və 30 velosiped iri həcmli yük maşını ilə otelə daşınıb.

image description image description image description
Bağla X