22:51
(077) 610-22-33

Əmisi tərəfindən zorlanan 10 yaşlı qız dünyaya uşaq gətirdi - Foto

  • >
6 774 17 Avqust 2017 15:33 | Dünya

Hindistanın Çandiqarx şəhərində əmisi tərəfindən cinsi zorakılığa məruz qalan 10 yaşlı qız ana olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl Hindistanın Ali Məhkəməsi qızın sağlamlığını qorumaq məqsədilə onun abort etdirməsinə icazə verməyib. Qızın valideynləri məcburiyyət qarşısında qalaraq hamiləliyin davam etməsinə razılıq verib.

Hazırda qızın özü ana olduğunun fərqində deyil. Valideynləri qızın qarnına iri daş parçasının düşdüyünü deməklə, əslində, nə baş verdiyini ondan gizlədiblər.

Körpə isə, 35-ci həftəsində dünyaya gəlib. Qızın valideynləri onu övladlığa verəcəklərini bildiriblər.

Qız qeysəriyyə üsülu ilə körpəni dünyaya gətirib. Hazırda həm körpənin, həm də qızın vəziyyəti yaxşıdır.

Qızı hamilə qoyan əmi həbs edilib.

Hindistan azyaşlı qızlara qarşı cinsi zorakılıq faktlarının ən çox müşahidə olunduğu ölkədir. 2015-ci ildə 10 minə yaxın belə fakt qeydə alınıb.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X