Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türklərə çağırış edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türklərə çağırış edib.

Ərdoğan Almaniyada yaşayan türklərə səsləndi - Bu rejim türk düşmənidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türklərə çağırış edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan türkləri Almaniyada mövcud rejimə səs verməməyə çağırıb. Onun sözlərinə görə, hazırkı Almaniya rejimi Türkiyəyə qarşı düşmənçilik edir.

“Almaniyada bir milyona yaxın seçici var. Bütün soydaşlarıma demək istəyirəm ki, qətiyyən, səhvə yol verib xristian-demokratlara, sosial-demokratlara, “yaşıllar”a səs verməyin. Onlar hamısı türk düşmənləridir. Almaniyada türkə qarşı düşmənçilik etməyən siyasi partiyalara lazımi dəstəyi verin. Bu, bir qürur mübarizəsidir” – deyə Ərdoğan qeyd edib.

Sentyabr ayının 24-də Almaniyada parlament seçkiləri keçiriləcək.

Bəxtiyar Abbasov

AzNews.az