Özəl kapital şirkəti “Energy Capital Partners” və bir qrup investordan ibarət konsorsium ABŞ-ın ən böyük elektrik enerjisi istehsal edən şirkətlərindən biri olan “Calpine”ni 5,6 milyard dollara alıb. Özəl kapital şirkəti “Energy Capital Partners” və bir qrup investordan ibarət konsorsium ABŞ-ın ən böyük elektrik enerjisi istehsal edən şirkətlərindən biri olan “Calpine”ni 5,6 milyard dollara alıb.

ABŞ-ın ən böyük enerji şirkəti satılıb

Özəl kapital şirkəti “Energy Capital Partners” və bir qrup investordan ibarət konsorsium ABŞ-ın ən böyük elektrik enerjisi istehsal edən şirkətlərindən biri olan “Calpine”ni 5,6 milyard dollara alıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, təbii qaz və geotermal mənbələrdən istifadə edərək ABŞ-ın ən böyük elektrik enerjisi istehsalçısı olan və 26 min meqavat tutuma malik “Calpine” şirkəti satılıb.

Şirkət istehsalının yarısını Texasda, qalanını isə Şimali Amerika və Kaliforniyada həyata keçirir.

Qeyd edək ki, “Calpine”nin səhmləri 2014-cü ilin sentyabr ayından bu vaxtadək 38 faiz dəyər itirib və şirkət son 3 rübdə zərər etdiyini açıqlayıb.