Yapon aşbazın səhvən aşkar etdiyi bir maddəni istifadə edən yapon alimləri əriməyən dondurma istehsalında uğur qazanıblar. Yapon aşbazın səhvən aşkar etdiyi bir maddəni istifadə edən yapon alimləri əriməyən dondurma istehsalında uğur qazanıblar.

Əriməyən dondurma kəşf edildi

Yapon aşbazın səhvən aşkar etdiyi bir maddəni istifadə edən yapon alimləri əriməyən dondurma istehsalında uğur qazanıblar.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2011-ci ildə Yaponiyada baş verən sunami hadisəsindən sonra həmin bölgədə yerləşən atom elektrik stansiyasında baş verən sızıntı nəticəsində tarlalarda yetişən böyürtkənlərin forması dəyişib. Forması dəyişdiyinə görə müştərilər həmin böyürtkənləri almadıqları üçün, bir aşpaz onların ucuz olduğunu görərək giləmeyvələri alıb və kremin tərkibinə qatıb. Bu zaman aşpaz giləmeyvələrin kremi həddindən artıq qatılaşdırdığını görüb. Kremin belə sərtləşdiyini görən aşpaz bu barədə müvafiq qurumlara məlumat verib. Məlumatı alan Kanazawa Universitetindən bir qrup tədqiqatçı, kremin sərtləşməsinə səbəb polifenol adlı bir maddənin olduğunu təsbit edib.

Tədqiqatçılar böyürtkənin içərisində olan maddənin su və yağı birlikdə özündə saxladığını aşkar edərək ondan dondurmanın hazırlanmasında istifadə ediblər. Dondurmanın tərkibinə həmin maddədən qatdıqdan sonra onun uzun müddət otaq temperaturunda ərimədiyinin şahidi olublar.

Yalnız Yaponiyada satılan əriməyən dondurmalar gələcəkdə artıq digər ölkələrdə də satılacaq.