İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının Xarici Əlaqələr Komitəsinin sədri Murtaza Safari Natanzi, ötən həftə Türkiyənin İran sərhədində tikintisinə başladığı divarın İranın milli maraqlarına zidd olmadığını bildirib. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının Xarici Əlaqələr Komitəsinin sədri Murtaza Safari Natanzi, ötən həftə Türkiyənin İran sərhədində tikintisinə başladığı divarın İranın milli maraqlarına zidd olmadığını bildirib.

Türkiyə İranla sərhəddə divar hörür - 144 kilometr uzunluğunda

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının Xarici Əlaqələr Komitəsinin sədri Murtaza Safari Natanzi, ötən həftə Türkiyənin İran sərhədində tikintisinə başladığı divarın İranın milli maraqlarına zidd olmadığını bildirib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, millət vəkili Natanzi, avqustun 8-də Türkiyə ilə İran sərhədində inşasına başlanan "təhlükəsizlik divarı" barədə şərh verərək deyib: "Türkiyənin PKK terrorçularının əraziyə daxil olmasına mane olmaq üçün bu divarı inşa etdiyi bildirilir. Divar İran üçün də faydalıdır, çünki qanunsuz tranzitin qarşısını alır. Türkiyənin təşəbbüskarlığı ilə olan bu hərəkəti dəstəkləyirik".

Bu təhlükəsizlik divarı sərhəddən nəzarətsiz keçməyin qarşısını alacaq. 144 kilometr uzunluğunda olan divarın qış aylarından əvvəl tamamlanması gözlənilir.