Ukraynanın Lvov şəhərində dünyaca tanınmış dahi bəstəkar Volfqanq Amadey Motsartın kiçik oğlu – Frans Ksaver Motsarta həsr olunmuş beynəlxalq festival keçirilir. Belə ki, Frans Ksaver Motsart 30 il Lvov şəhərində yaşayıb. Bu zaman ərzində bəstəkar Ukrayna xalq mahnılarından ilhamlanaraq 30-a yaxın əsər yaradıb. Onlardan ikisi Lvov Pototskilər Sarayında eksponat kimi sərgilənir. Ukraynanın Lvov şəhərində dünyaca tanınmış dahi bəstəkar Volfqanq Amadey Motsartın kiçik oğlu – Frans Ksaver Motsarta həsr olunmuş beynəlxalq festival keçirilir. Belə ki, Frans Ksaver Motsart 30 il Lvov şəhərində yaşayıb. Bu zaman ərzində bəstəkar Ukrayna xalq mahnılarından ilhamlanaraq 30-a yaxın əsər yaradıb. Onlardan ikisi Lvov Pototskilər Sarayında eksponat kimi sərgilənir.

Motsartın oğlu 30 ildən çox...

Ukraynanın Lvov şəhərində dünyaca tanınmış dahi bəstəkar Volfqanq Amadey Motsartın kiçik oğlu – Frans Ksaver Motsarta həsr olunmuş beynəlxalq festival keçirilir. Belə ki, Frans Ksaver Motsart 30 il Lvov şəhərində yaşayıb. Bu zaman ərzində bəstəkar Ukrayna xalq mahnılarından ilhamlanaraq 30-a yaxın əsər yaradıb. Onlardan ikisi Lvov Pototskilər Sarayında eksponat kimi sərgilənir.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Lvov Musiqi Akademiyasının fondunda Frans Ksaver Motsarta aid maraqlı əşyalar tapılıb. Bu festivalı keçirmək ideyası Oksana Lınivə məxsusdur. Bu arzusu üçün qadın 4 il çalışıb. Bu ukraynalı xanım Avstriyanın Qrats şəhərində yerləşən Bavariya Dövlət Opera və Filarmoniya orkestrinin dirijorudur.

O.Lınivin Lvov “Opera”sında təşkil olunmuş konsertdə məqsədi Ukrayna ictimaiyyəti üçün tanış olmayan F.K Motsartı – solist, xor ifaçıları və orkestrlər üçün musiqi bəstələyən qəliz əsərlərin müəllifini tanıtmaqdır.

“İlk bahar günü” kantatası Frans Ksaver tərəfindən təsis olunmuş Lvov cəmiyyəti üçün bəstələnib və yalnız bir dəfə baronessa Kavalkabonun qapalı konsert gecəsində səslənib. Fortepiano üçün variyasiyaları isə Motsartın özü tərəfindən 60-cı illərdə Avropa turnesi zamanı ifa olunub. Solistlər onları Fransın manuskriptlərinin surətindən öyrəniblər.

Festival avqustun 25-dək davam edəcək. Lvov operası ilə yanaşı, bu musiqi bir neçə kilsə və tramvay deposunda səslənəcək.