Fransanın Marsel şəhərində sürücü avtomobili avtobus dayanacağında gözləyən insanların üzərinə sürüb. Fransanın Marsel şəhərində sürücü avtomobili avtobus dayanacağında gözləyən insanların üzərinə sürüb.

Sürücü avtomobili insanların üzərinə sürdü - 1 nəfər öldü

Fransanın Marsel şəhərində sürücü avtomobili avtobus dayanacağında gözləyən insanların üzərinə sürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 isə nəfər xəsarət alıb.

Məlumata görə, sürücü avtomobili ilə ardıcıl iki dayanacaqda insanlara hücum edib. Hadisəni törədən şəxs həbs edilib.

Hadisənin terror aktı olub-olmadığı hələlik məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Bir müddət İspaniyanın Barselona şəhərində törədilən oxşar hadisələr nəticəsində 14 nəfər ölüb, 55 nəfər yaralanıb.

Bəxtiyar Abbasov

AzNews.az