ABŞ hökuməti Rusiyaya qarşı viza məhdudiyyəti tədbiq edib. ABŞ hökuməti Rusiyaya qarşı viza məhdudiyyəti tədbiq edib.

ABŞ Rusiyaya viza məhdudiyyəti qoydu

ABŞ hökuməti Rusiyaya qarşı viza məhdudiyyəti tədbiq edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin bu barədə qətnaməsi avqustun 23-ündən etibarən qüvvəyə minəcək.

ABŞ-ın Rusiyadakı səfirliyi bildirib ki, viza məhdudiyyətinin tədbiq edilməsinə səbəb bir müddət əvvəl Rusiya hökumətinin amerikalı diplomatların sayını azaltmaqla bağlı qərar qəbul etməsi olub.

Məhdudiyyətlə bağlı qətnamə qeyri-müəyyən müddət ərzində icra olunacaq.

Rusiya prezidenti Vladimir Putin iyul ayında ABŞ səfirliyi əməkdaşlarının sayının 455-ə endirilməsinə dair qərar qəbul edib. Qərara əsasən, 755 diplomatik nümayəndə ölkəni tərk etməlidir.

Bəxtiyar Abbasov

AzNews.az