Unikal hadisə barədə astroloqlar bir il əvvəl xəbərdarlıq etmişdilər. Unikal hadisə barədə astroloqlar bir il əvvəl xəbərdarlıq etmişdilər.

Dünyanın sonu gəlir – Vaxt açıqlandı

Unikal hadisə barədə astroloqlar bir il əvvəl xəbərdarlıq etmişdilər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Misirdə yerləşən Xeops ehramında sirli planetin Yer kürəsinin yanından keçməsi barəsində məlumatlar yer alır. Misirşünas Devid Mid ehramda apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlib. Bir sıra alim və ufoloqlar bu hadisəni dünyanın sonu ilə əlaqələndirir. Mid bildirib ki, dəqiq araşdırmalardan sonra o, rəqəmlərdən ibarət şifrəni oxumağa nail olub. Şifrənin göstərdiyi tarix isə, 23 sentyabr 2017-ci ildir. Onun sözlərinə görə, bu, Axirət müddətinin başlanğıcıdır. Mid məhz həmin gün planetin Yer kürəsinə yaxınlaşacağını qeyd edib.

“Qədim misirlilər olduqca ağıllı insanlar idi və onlar gələcək nəsillərə bu təhlükə barədə məlumat veriblər” – deyə alim vurğulayıb.

İddialar görə, bu barədə dini mənbələrdən birində də qeyd olunub.

Astronomik proqnozlara əsasən, 23 sentyabr tarixində Qız bürcü istiqamətində 12 ən parlaq ulduzu görmək mümkün olacaq. Həmin gün Qız bürcünün ən parlaq ulduzu Requl Xeops ehramı istiqamətində işıq saçacaq. O gün ehramın təkcə bir şüşəbəndindən Requl ulduzunu görmək olacaq. İddiaya görə, məhz bu hadisə fəlakətin xəbərçisidir.

Bir müddət əvvəl NASA rəsmi olaraq Nibiru planetinin varlığı barədə əfsanələrin, əslində, həqiqət olduğunu təsdiqləmişdi. Lakin, NASA alimləri bu planetin bəşəriyyət üçün heç bir təhlükə kəsb etmədiyini vurğulayıb.

Bəxtiyar Abbasov

AzNews.az