Amerika Birləşmiş Ştatları hərbi qüvvələri yenidən Əfqanıstandakı hərbi bazalara səfərbər ediləcək. Amerika Birləşmiş Ştatları hərbi qüvvələri yenidən Əfqanıstandakı hərbi bazalara səfərbər ediləcək.

Amerikalılar geri qayıdır – Tramp 11 sentyabr terrorundan danışdı

Amerika Birləşmiş Ştatları hərbi qüvvələri yenidən Əfqanıstandakı hərbi bazalara səfərbər ediləcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə açıqlama verib. Tramp qeyd edib ki, Əfqanıstanı tələsik tərk etmək qəbuledilməz addımdır. Onun sözlərinə görə, bu, Əfqanıstanda təhlükəsizlik sahəsində böyük boşluq yarada və terrorçular bu boşluqdan istifadə edə bilər:

“11 sentyabrda terror aktı Amerika tarixinin ən dəhşətli günləri idi. Bu terror aktı Əfqanıstandan planlaşdırılmış və idarə olunmuşdu. Həmin dövrdə Əfqanıstan hökuməti terrorçulara sığınacaq verirdi. ABŞ hərbçilərinin Əfqanıstandan çıxması “İŞİD” və “əl-Qaidə” kimi terrorçuların 11 sentyabrda olduğu kimi fəaliyyətinə zəmin yaradacaq”

Tramp, eyni zamanda, Pakistanı da tənqid edib. O, bildirib ki, Pakistan tez-tez terrorçulara sığınacaq verir.

2001-ci il 11 sentyabr tarixində Amerika Birləşmiş Ştatlarında törədilən terror aktlarından sonra ABŞ hərbi qüvvələri Əfqanıstanda “əl-Qaidə” və “Taliban”a qarşı genişmiqyaslı əməliyyatlar keçirməyə başladı.

Sabiq ABŞ prezidenti Barak Obama hakimiyyətinin son dövrlərində Əfqanıstandakı ABŞ hərbi kontingentini dəfələrlə azaltmışdı.

Bəxtiyar Abbasov

AzNews.az