İraq hərbi qüvvələri “İŞİD” terror qruplaşmasının sonuncu istehkamı olan Təlafər şəhərinə hücuma keçib. İraq hərbi qüvvələri “İŞİD” terror qruplaşmasının sonuncu istehkamı olan Təlafər şəhərinə hücuma keçib.

İraq ordusu “İŞİD”in sonuncu qalasına hücum etdi - “Ya təslim olmalı, ya da...”

İraq hərbi qüvvələri “İŞİD” terror qruplaşmasının sonuncu istehkamı olan Təlafər şəhərinə hücuma keçib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ordu hərbi texnikadan istifadə etməklə irimiqyaslı əməliyyatlar həyata keçirir.

Hazırda bölgədə ağır döyüşlərin getdiyi bildirilir. “İŞİD” terrorçuları İraq ordusuna raketlər və sui-qəsd avtomobilləri ilə qarşılıq veriblər.

Baş nazir Heydər əl-Əbədi qeyd edib ki, şəhərdə, təxminən, 2 minə yaxın "İŞİD" silahlısı var. Onlar hazırda mühasirə vəziyyətindədirlər. Mülkilərin sayı isə 40 minə yaxındır. ““İŞİD” silahları ya təslim olmalı, ya da ölməlidirlər” – deyə əl-Əbədi qeyd edib.

Əsasən, türkmən əsilli iraqlıların məskəni olan Təlafər 2014-cü ildə “İŞİD”in əlinə keçmişdi.

Eyni zamanda, Raqqa şəhərində də anti-İŞİD əməliyyatları keçirilib. ABŞ hərbi hava qüvvələri “İŞİD” mövqelərinə aviazərbələr endirib. Nəticədə mülkilər də daxil olmaqla azı 42 nəfərin öldüyü bildirilir.

Bəxtiyar Abbasov

AzNews.az