“Washington Post” qəzeti iddia edir ki, ABŞ administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Herbert MakMaster ABŞ əsgərlərinin Əfqanıstanda qalması üçün prezident Donald Trampı məhz bu fotoşəkillə razı salıb. “Washington Post” qəzeti iddia edir ki, ABŞ administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Herbert MakMaster ABŞ əsgərlərinin Əfqanıstanda qalması üçün prezident Donald Trampı məhz bu fotoşəkillə razı salıb.

Trampın mini ətək sevdası - ABŞ hərbçiləri Əfqanıstana bu fotodan sonra qayıdıb

“Washington Post” qəzeti iddia edir ki, ABŞ administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Herbert MakMaster ABŞ əsgərlərinin Əfqanıstanda qalması üçün prezident Donald Trampı məhz bu fotoşəkillə razı salıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fotoşəkil 1972-ci ildə çəkilib. Həmin dövrdə Əfqanıstan rejimi qadınların mini ətək geyinməsinə qarşı qadağalar tədbiq etmirdi.

Herbert fotoşəkli Trampa göstərərək bildirib ki, Amerika Əfqanıstanda hərbi varlığını qorumaqla bu ölkəni Qərb geyim tərzinin mövcud olduğu dövrlərə geri qaytara bilər.

Tramp sələfi Barak Obamanın dövründə onu Əfqanıstana hərbçi göndərməsinə görə şiddətli şəkildə tənqid edirdi. Sonuncu çıxışlarından birində isə, ABŞ hərbçilərinin Əfqanıstandan çıxmasını doğru hesab etmədiyini deyib.

Bəxtiyar Abbasov

AzNews.az