Ermənistanda seçki bülletenləri cırılır - SƏBƏB

Bu gün yerli vaxtla saat 17-yə olan məlumata görə, Ermənistanda keçirilən prezident seçkilərində 49,81 faiz seçiçi iştirak edib. Ümumiyyətlə isə ölkədə 1 milyon 259 min nəfər səs verib.

Ancaq mətbuatda seçki prosesində çox sayda qanun pozuntularının olması barədə məlumatlar yayılır. Belə ki, bəzi məntəqələrə gələn seçicilərin geri qaytarıldığı vurğulanır. Bunu isə artıq həmin seçicilərin yerinə səs verildiyi ilə izah edirlər.

Səs verməyə nail olanların isə müxalifət təmsilçisi Raffi Avanesyana səs verdiyi aşkar edilərsə, bülletenlər dərhal cırılır. Belə hadisələrə əsasən Ararat rayonundakı seçki məntəqlərində rast gəlinir.

Elnarə
AzNews.az