Stiv Cobs teatrında Apple iPhone 8, iPhone X, həmçinin Apple Watch-un təqdimatını keçirir. Stiv Cobs teatrında Apple iPhone 8, iPhone X, həmçinin Apple Watch-un təqdimatını keçirir.

iPhone 8 və iPhone 8 Plus təqdim olundu - qiyməti 700-900 dollara (Foto + Video)

Stiv Cobs teatrında Apple iPhone 8, iPhone X, həmçinin Apple Watch-un təqdimatını keçirir.

AzNews.az xəbər verir ki, İphone 8 və İphone 8 Plus suya davamlıdı, ekran ölçüsü olduğu kimi qalıb - 4,7 5,5, А11 prosessoru ilə təchiz edilib. Bu isə ən güclü İphone modeli deməkdir.

Yeni İphone-ların kamerası daha da gücləndirilib. iPhone 8 Plus-la foto çəkərkən, portret rejimində fonu tündləşdirmək olar. Saniyədə iki milyon nöqtə udur. Fil Şiller yeni İphone-ların smartfonlar arasında ən güclü videokameraya sahib olduğunu bildirib.

Fil Şillerin sözlərinə görə, gələcəkdə İphone-ları simsiz şarj etmək mümkün olacaq. Dairəvi şarj aparatları daha çox kafe, restoran, aeroportlarda rast gəlinəcək. Bununla yanaşı yeni təqdim edilən İphone-lar daha tez enerji yığacaq.

iPhone 8 qiyməti 700, İphone 8 Plus isə 900 dollar olacaq.

Yeni iOS 11 sentyabrın 19-dan etibarən əlçatan olacaq.

Təqdimatda danışılan İphone X-ı isə İphone 10 da hesab etmək olar. Önü və arxası davamlı şüşədən hazırlanıb. Qara və gümüşü rəngdə olacaq. Diaqonal 5,8 düymdür.

FaceID vasitəsilə telefon sahibinin simasını tanıyacaq. Foto vasitəsilə smartfonu aldatmaq mümkün olmayacaq. Əkizlər İphone üçün kod fikirləşməli olacaq. Sistemi aldatmaq şansı milyonda birdir. Apple Pay-də ödənişi də FaceID vasitəsilə etmək mümkün olacaq.

***

AzNews.az xəbər verir ki, yeni Apple Watch Series 3 saatı əsl tibbi qadcetdi. Sakit vəziyyətdə nəbzi hesablaya bilir, saat vasitəsilə aritmiyanı aşkar etmək mümkündü.

Saat vasitəsilə zəng etmək, mesaj göndərmək, Bluetooth vasitəsilə Apple Music-dən musiqi dinləmək mümkündür. Prosessor 70 faiz daha güclü olub. Saata sim-kart yerləşdirmək lazım deyil. Bir növ virtual sim-kartdan istifadə olunacaq. Qiyməti 329 dollardır.

***

AzNews.az xəbər verir ki, təqdimat Apple-ın yeni kampusunda keçirilib.

Stiv Cobs Apple Park-ın yaradılmasında iştirak etdiyi üçün, bunu onun son məhsulu da adlandırırlar. Yeni tikili 2007-ci ildən tikilməyə başlayıb.

iPhone X 5,8 düymlük çərçivəsiz ekrana, qara, qızılı, gümüşü rəngli korpusa malikdir, daxili yaddaşı 64 və 256 gigabaytdır.

Təqdimat zamanı Tim Kuk İrma qasırğası zamanı həlak olanları yad edib.

Fəridə Abdullayeva

AzNews.az