Myanmada zorakılıqlardan qaçaraq Banqladeşə sığınan rohinca müsəlmanları fillərin hücumuna məruz qalıb. Myanmada zorakılıqlardan qaçaraq Banqladeşə sığınan rohinca müsəlmanları fillərin hücumuna məruz qalıb.

Fillər rohinca müsəlmanlarına hücum etdi – 2 nəfər öldü

Myanmada zorakılıqlardan qaçaraq Banqladeşə sığınan rohinca müsəlmanları fillərin hücumuna məruz qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə qaçqın düşərgəsində baş verib.

Fillər biri azyaşlı olmaqla 2 nəfəri tapdalayaraq öldürüb, 3 nəfərə isə xəsarət yetirib. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polisin sözlərinə görə, fillər daha sonra meşəliyə qaçıblar.

Myanmadan qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 410 minə çatıb.

Bəxtiyar Abbasov

AzNews.az