Amerika Birləşmiş Ştatları Əfqanıstana 3 min əsgər göndərəcək. Amerika Birləşmiş Ştatları Əfqanıstana 3 min əsgər göndərəcək.

ABŞ Əfqanıstana 3 min əsgər göndərir

Amerika Birləşmiş Ştatları Əfqanıstana 3 min əsgər göndərəcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Pentaqon hərbi kontigenti müəyyən etməyə çalışır. ABŞ müdafiə naziri Ceyms Mattis qeyd edib ki, bununla Əfqanıstanda əsgər sayı 14 minə çatacaq.

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl amerikalıların Əfqanıstana geri qayıdacağını bildirmişdi.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Barak Obamanın Əfqanıstanı tələsik tərk etməklə bağlı qəbul etdiyi qərar səhv addım olub. Nəticədə Əfqanıstanda təhlükəsizlik sahəsində böyük boşluqlar yaradıb, ki bu da terrorçuların daha sərbəst hərəkətinə şərait yaradır.

2001-ci il 11 sentyabr tarixində Amerika Birləşmiş Ştatlarında törədilən terror aktlarından sonra ABŞ hərbi qüvvələri Əfqanıstanda “əl-Qaidə” və “Taliban”a qarşı genişmiqyaslı əməliyyatlar keçirməyə başladı.

Sabiq ABŞ prezidenti Barak Obama hakimiyyətinin son dövrlərində Əfqanıstandakı ABŞ hərbi kontingentini dəfələrlə azaltmışdı.

Bəxtiyar Abbasov

AzNews.az