Bir çoxları Britaniya kral ailəsinin həyat tərzinə həsəd aparır, onlar kimi olmağı arzu edir. Lakin, dünyanın ən çox müzakirə edilən ailəsi bir çox azadlıqlardan məhrumdur. Ailədə təkcə böyüklər deyil, uşaqlar da ciddi pəhrizə, dress-koda əməl etməlidir. Bir çoxları Britaniya kral ailəsinin həyat tərzinə həsəd aparır, onlar kimi olmağı arzu edir. Lakin, dünyanın ən çox müzakirə edilən ailəsi bir çox azadlıqlardan məhrumdur. Ailədə təkcə böyüklər deyil, uşaqlar da ciddi pəhrizə, dress-koda əməl etməlidir.

Kral ailəsinin əməl etdiyi 35 ciddi və qəribə qayda (Fotolar)

Bir çoxları Britaniya kral ailəsinin həyat tərzinə həsəd aparır, onlar kimi olmağı arzu edir. Lakin, dünyanın ən çox müzakirə edilən ailəsi bir çox azadlıqlardan məhrumdur. Ailədə təkcə böyüklər deyil, uşaqlar da ciddi pəhrizə, dress-koda əməl etməlidir.

AzNews.az xarici KİV-ə istinadən sizə Kral ailəsinin əməl etməyə məcbur olduğu 35 qaydanı təqdim edir:

1.Siz kraliçaya arxanızı çevirə bilməzsiniz. Bir qayda olaraq, danışıq bitdikdən sonra, birinci kraliça çıxıb gedir.

2.Kraliça yerindən qalxdığı zaman, mərasimdəki hər kəs ayağa durmalıdır.

3.Kral ailəsinin nümayəndələri ciddi dress-koda əməl etməlidir. Hətta gündəlik sadə tədbirlərə də kübar geyinmək lazımdı.

4.Hətta şahzadə Qeorq üçün də dress-kod qaydası istisna deyil: o, mütləq şort geyinməlidir. Şalvar olmaz.

5.Kral ailəsinə seçkilərdə iştirak etməyə və siyasət haqqında açıq danışmağa icazə verilmir.

6.Kral ailəsinin hər bir nümayəndəsi səfər zamanı qara rəngli paltar götürməlidir. Bu səyahət zamanı ölüm halı baş verərsə, matəm mərasimində geyinmək üçündür.

7.Kişilər kraliçanı baş əyməylə salamlayır, kraliça isə reveransla.

8.Hər kral toyunda mütləq çoxlu uşaq olmalıdır.

9.Kraliçanın həyat yoldaşı mütləq ondan 2 addım arxada gəlməlidir.

10.Qəribədir ki, kral ailəsinə "monopoliya" oynamaq qadağandır.

11.2011-ci ilə qədər kral ailəsinin üzvləri yalnız katolik etiqadına inanan insanla nigaha girə bilərdi. Hazırda bu qayda keçərli deyil.

12.Nigahdan sonra kral ailəsinin yeni üzvünün adı iki dəfə mürəkkəbləşir.

13.Kral ailəsinin bütün üzvləri fincanı eyni cür saxlayırlar: qulpu işarə və baş barmaqla, aşağı hissəni isə çeçelə barmaqla tutmalıdır.

14.Kraliça Britaniyada yeganə insandır ki, sürücülük vəsiqəsi olmasa da, avtomobil idarə etmək hüququna malikdir.

15.Kral ailəsində uşaq doğulan kimi, ona xüsusi kral jestlərini və zadəgan intonasiyalarını öyrədirlər.

16.Kral cütlüyünə əl-ələ tutmağa icazə verilmir. Yalnız şahzadə həyat yoldaşının qoluna girə bilər.

17.Kraliça insanlar arasından seçilə bilməsi üçün, mütləq parlaq rəngdə geyinməlidir.

18.1772-ci ildə qəbul edilən Kral nikahları haqqında qanuna əsasən, monarxın razılığı olmadan, kral ailəsinin üzvünün evlilik təklifi edə və ya təkliflə razılaşa bilməz.

19.Saray gəlini toyda mütləq həmişəyaşıl güldən buket tuta bilər.

20.Əgər, kraliça masaya pul kisəsini qoyursa, deməli işgüzar nahar başlanır. Əgər kraliça görüşün bitməyini istəyirsə, pul qabını çantasına qoyur.

21.Bukingem sarayında sarımsaq istifadə etmək qadağandır.

22.Kral ailəsinin şam yeməyində düyü, kartof, pasta istifadə edilmir.

23.Kral ailəsinin bütün üzvləri mütləq bir neçə dil bilməlidir. Şahzadə Georq artıq ispan dilində danışmağı bacarır.

24.Yelizavetanın sevimli korqi cinsli itlərinin yemək menyusu isə daha zəngindir. Onların hətta özəl baş aşpazı da var.

25.Kraliçanın menyusu kifayət qədər klassikdir: əvvəlcə standard ingilis səhər yeməyi, daha sonra südlü bulkalar.

26.Kral ailəsi Milad bayramını mütləq Norfolk sarayında keçirməlidir. Kraliça saraya bir həftə öncə gələrək, hazırlıqlara nəzarət edir.

27.Kral ailəsi Milad hədiyyələrini çay süfrəsi ətrafında açır.

28.XII əsrdə kral III Eduard kral ailəsinə xəz geyinməyi qadağan etmişdi. Müasir günümüzdə bu qayda keçərli deyil.

29.Kral ailəsinə zəhərlənmə riskinə görə molyusk yemək qadağan olunub.

30.Qadınlar bütün rəsmi tədbirlərə şlyapan geyməlidir.

31.Əgər tədbir ‪axşam 6-dan sonraya planlaşdırılıbsa, şlyapa diadema ilə əvəzlənir.

32. Diadema həmişə 45 dərəcəlik bucaqla başa taxılır.

33.Kral ailəsinə avtoqraf verməyə və kimləsə selfi çəkməyə qadağan edilir.

34.Şam yeməyi zamanı kraliça ilk olaraq sağında oturan şəxslə söhbət edir. İkinci yemək təqdim olunarkən isə solunda oturan şəxslə ünsiyyət saxlamağa başlayır.

35.Kral ailəsi bütün hədiyyələri qəbul etməlidir. Hətta, bu ən mənasız və lazımsız hədiyyə olsa belə.