Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanında keçiriləcək referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanında keçiriləcək referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb

Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırıb

Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanında keçiriləcək referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekununa dair bəyanatda bildirilir.

“Referendum baş tutduğu halda, Türkiyə beynəlxalq hüququ müdafiə edəcək. İraqın xalqları - ərəblər, kürdlər, türkmənlər yalnız vahid ölkə çərçivəsində sülhdə yaşaya bilərlər. Referendumun nəticələri olduqca mənfi fəsadlar verə bilər”, sənəddə vurğulanıb.

Bəyanatda həmçinin bildirilib ki, rəsmi Ankara İraq Kürdüstanı ilə İraqın mərkəzi hökuməti arasında bütün mübahisəli məsələləri konstitusiya əsasında həll etmək üçün səy göstərməyə hazırdır.

Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. İraq Kürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.

AzNews.az