Suriya prezidenti Bəşər Əsəd İsraillə sərhəddəki Colan təpələrində yerləşən 5-ci piyada diviziyasının əksər hissəsini çıxarıb Suriya prezidenti Bəşər Əsəd İsraillə sərhəddəki Colan təpələrində yerləşən 5-ci piyada diviziyasının əksər hissəsini çıxarıb

Əsəddən qorxulu sürpriz

Suriya prezidenti Bəşər Əsəd İsraillə sərhəddəki Colan təpələrində yerləşən 5-ci piyada diviziyasının əksər hissəsini çıxarıb




Lent.az-ın məlumatına görə, diviziya artilleriya ilə birlikdə paytaxt Dəməşq yaxınlığına aparılıb.

İsrail hərbi kəşfiyyatı hesab edir ki, Suriya prezidenti Bəşər Əsəd bu addımı atmaqla iki məqsəd güdür. Birincisi, Dəməşqin müxalif Suriya Azadlıq Ordusundan müdafiəsini gücləndirir, ikincisi, müxaliflər üçün İsraillə sərhəddə bufer zona yaradır. Başqa sözlə, müxaliflər sırasında döyüşən cihadçıları, "Əl-Qaidə"yə bağlı qruplaşmalara İsraillə sərhədə qapı açır. İsrail hərbi kəşfiyyatı hesab edir ki, "Əl-Qaidə"yə bağlı qruplaşmaların İsraillə sərhəddə təxribat törətməsi artıq an məsələsidir.

Bəşər Əsəd ilk dəfə bu üsuldan Türkiyəyə qarşı istifadə edib. Suriyanın Türkiyə ilə şimal sərhədindəki ordu bölmələrini geri çəkib və Şimali İraqdakı PKK terrorçu təşkilatının silahlılarının bu ərazilərə yerləşməsinə imkan yaradıb. Artıq PKK-ya bağlı qruplaşmanın üzvləri Türkiyə ilə sərhəddə müxalif Suriya Azadlıq Ordusu ilə döyüşərək bufer zona yaratmağa çalışırlar.


AzNews.az