ABŞ prezidenti Donald Trampın qızı İvankaya aid olan ayaqqabı kolleksiyasından qırmızı hündürdaban ayaqqabı mağazalardan yığışdırılıb. ABŞ prezidenti Donald Trampın qızı İvankaya aid olan ayaqqabı kolleksiyasından qırmızı hündürdaban ayaqqabı mağazalardan yığışdırılıb.

İvanka Trampı məhkəməyə verdilər - oğurluğa görə (Foto)

ABŞ prezidenti Donald Trampın qızı İvankaya aid olan ayaqqabı kolleksiyasından qırmızı hündürdaban ayaqqabı mağazalardan yığışdırılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dizayner Edqardo Ozarionun İvankanı oğurluqda günahlandırmasıdır. Belə ki, onun kolleksiyasına aid olan ayaqqabının sadəcə rəngini qırmızıya dəyişdirərək, İvankanın adından satışa çıxarılıb.

Aquazzura brendinin direktoruna aid 785 dollarlıq ayaqqabı ilə, İvankanın 65 dollarlıq ayaqqabısı eynidir. Bu səbəbdən, dizayner İvankadan ayaqqabını kolleksiyadan çıxarmağı və kompensasiya ödəməyi tələb edib. Lakin, İvankanın nümayəndələri bundan imtina ediblər. Ozario isə Manhetten federal məhkəməsinə müraciət edib.